Ağırlıqqaldıranlarımızın Kameneç-Podolskda Ukrayna millisi ilə birgə hazırlığı davam edir

Yanvarın 22-dən Ukraynada təlim-məşq toplanışında olan ağırlıqqaldırma yığmamız qarşıdakı daxili və beynəlxalq yarışlara hazırlığını davam etdirir. Allsport.az saytı xəbər verir ki, millimiz Xmelnitski vilayətinin Kameneç-Podolsk şəhərində bu ölkənin komandası ilə birgə çalışır.

Yarışlara daha intensiv və səmərəli hazırlıq, fərqli iqlim və məşq şəraitində sınaqdan keçirilmək məqsədilə ölkə xaricinə yollanan Azərbaycan azmanları yetərincə güclü, tanınmış həmkarları ilə birlikdə məşq zalını bölüşürlər. Hər iki tərəf hazırlığın gedişindən razıdır və məşqçilər heyəti bunu ifadə edirlər.

Həmin kateqoriyadan