AİBA Proboxinq turnirində ilk yarış gününün püşkü atıldı

Noyabrın 29-da və 30-da AİBA Proboxing turnirində növbəti döyüşlər keçiriləcək. Allsport.az xəbər verir ki, ilk yarış günündə çəkisi 69 kq olan boksçular, bazar günü isə superağır çəki dərəcəsində mübarizə aparan idmançılar rinqə çıxacaq.

Bu gün çəkisi 69 kq olan boksçular çəki mərasimində və mətbuat konfransında iştirak ediblər. Noyabrın 29-da, saat 19:00-da başlayacaq yarışda keniyalı Rayton Okviri türkiyəli Onur Sipalla, avstriyalı Markos Nader litvalı Eymantas Stanionislə, ukraynalı Denis Lazerev rusiyalı Andrey Zamkovoyla, həmyerlimiz Tamerlan Abdullayev isə Macarıstan təmsilçisi Qyula Keytlə qarşılaşacaq. Qeyd edək ki, Abdullayev ötən görüşdə zədə alan Fariz Məmmədovu əvəzləyib.

Qeyd edək ki, noyabrın 29-da saat 19:00-da başlayacaq və Sərhədçi İdman Olimpiya mərkəzində keçiriləcək döyüşlər “İdman Azərbaycan” kanalı ilə canlı yayımlanacaq.

Həmin kateqoriyadan