Akademiya kubokunu “Leon” qazandı

AFFA-nın təşkilatçılığı ilə Bakıda müstəqil fəaliyyət göstərən futbol məktəbləri arasında Akademiya kubokuna yekun vurlub. Allsport.az saytı xəbər verir ki, sonuncu – 7-ci turun oyunlarından sonra mükafatçılar müəyyənləşib.

“Leon” mübarizəni 1-ci, “Ordu” 2-ci və EFA (Bakı) komandaları 3-cü yeri tutublar. Mükafatları AFFA-nın texniki direktoru Bernhard Lippert, Bakıda səfərdə olan ulduz futbolçular Maykl Essien və Andrey Arşavin təqdim ediblər.

Turnirin ən yaxşı oyunçusu adına “Ordu” komandasının üzvü Rasim Cavadov, ən yaxşı qapıçısı adına “Gilavar” komandasının üzvü İlyas Babayev layiq görülüblər. “Leon” komandasının üzvü Raul Hüseynov isə 14 qolla turnirin ən məhsuldar oyunçusu olub.

Həmin kateqoriyadan