Akif Əliyev: Hakimlər 2 il sonra yenidən çempion olmağımıza imkan vermədilər

İranın Abadan şəhərində keçirilən yunan-Roma güləşi üzrə dünya kubokunda 2-ci olan millimiz bu gün Vətənə döndü. Allsport.az saytı xəbər verir ki, Dövlət Bayrağı Meydanında komandamızı yüksək ovqatla qarşılandı. Baş məşqçi Akif Əliyev yığmamıxın çıxışı barədə bunu dedi:

“Dünya kubokunda iddialı idik. Bu üzdən yüksək səviyyədə hazırlıq keçmişdik. Federasiya bizə hər dəstəyi göstərmişdi. Başlıca məqsəd bu yarışda iştirak etmək, finalda qalib gəlmək idi.

2014-cü ildə komandamız 3-cü, 2015-ci ildə isə çempion olmuşdu. İstəyirdik ki, 2 il əvvəlki nəticəni təkrarlayaq. Finala çıxdıq. Ancaq Rusiya ilə görüşdə hakimlərin haqsızlığı ilə üzləşdik və sonda 2-ci olduq”.

Həmin kateqoriyadan