Akrobatika gimnastikası üzrə ölkə və paytaxt birinciliyi keçiriləcək

20-21 mayda Heydər Əliyev adına İdman-Konsert Kompleksində akrobatika gimnastikası üzrə Azərbaycan və Bakı birinciliyi keçiriləcək. Allsport.az saytı xəbər verir ki, 56 akrobatın iştirak edəcəyi yarışlarda “Ocaq Sport” klubu, Bakı Gimnastika Məktəbi, “Neftçi” Idman Klubu və Nizami rayonu 13 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi təmsil olunacaq.

İki günlük yarışlarda qadın cütlükləri (uşaqlar – 2000-2007), kişi cütlükləri (böyüklər – 2002-ci il təvəllüdlü və daha böyüklər; yeniyetmələr – 1998-2006), qarışıq cütlüklər (gənclər – 1997-2005; balacalar- 2002-2010), qadın qrupları (yeniyetmələr – 1998-2006; uşaqlar – 2000-2007; balacalar – 2002-2010) və kişi qrupları (balacalar – 2002-2010) medallar uğrunda mübarizə aparacaqlar.

Turnir zamanı dünya Yaş qrupları yarışlarının gümüş medalçıları Ağasif Rəhimov və Nurcan Cabbarlıdan ibarət qarışıq cütlük və kişi cütlüyü Seymur Cəfərov-Murad Əkpərov heyranedici çıxışları ilə yarışlar ərzində tamaşaçıları həyəcanda saxlayacaqlar. Yarışların sonunda yeni başlayan gənc akrobatlar öz nümunəvi çıxışlarını nümayiş etdirəcəklər.

Həmin kateqoriyadan