Akrobatlarımız Portuqaliyada 3-cü olub

Portuqaliyanın Maya şəhərində akrobatika gimnastikası üzrə dünya kuboku keçirilib. Allsport.az saytı xəbər verir ki, qarışıq cütlüklərin yarışında Ruhidil Qurbanlı və Abdulla Əl-Məşayxi bürünc medal qazanıblar. Digər təmsilçilərimiz Nurcan Cabbarlı və Ağasif Rəhimov isə finala adlaya bilməyiblər.

Kişi cütlüyümüz Seymur Cəfərov və Murad Əkpərov da final mərhələsində çıxış ediblər. Lakin proqramlarını icra edərkən yol verdikləri səhv onları medaldan uzaq salıb, yekunda 5-ci olub.

Kubokda ilk dəfə olaraq böyüklər proqramında çıxış edən qadınlardan ibarət qrupumuz da iştirak edib. Ləman Məmmədova, Emiliya Nəzərli və Raziyə Seyidlinin ilk təcrübələri olmasına baxmayaraq, qızlarımız finala düşməyi bacarıblar və 7-ci oyer tutublar.

Həmin kateqoriyadan