Albert Aqarunovun xatirəsinə beynəlxalq karate yarışı

İyunun 22-24-də Bakıda Azərbaycanın Milli Qəhrəmanı, tankçı Albert Aqarunovun xatirəsinə Qaradəniz və Xəzəryanı ölkələrinin karateçiləri arasında WKF versiyası üzrə çempionat keçiriləcək. Allsport.az saytı xəbər verir ki, “Sərhədçi” Olimpiya İdman Mərkəzində təşkil olunacaq yarışda 10-dək ölkədən karateçilərin iştirakı gözlənilir. 3 gün ərzində müxtəlif çəki dərəcələrində 6 yaşlı uşaqlar, böyüklər və veteran idmançılar çıxış edəcəklər.

Onun anım günündə döyüş yoldaşları Milli Qəhrəmanın Şəhidlər xiyabanındakı məzarını ziyarət edib, onunla bağlı xatirələrini bölüşüblər.

Xatirə yarışının həmtəşkilatçısı Azərbaycan Milli Karate Federasiyasının media və ictimaiyyətlə əlaqələr üzrə katibi Sənan Məhərrəmov, “Arpaçay” karate klubunun prezidenti Yavər Hüseynov, Milli Qəhrəmanın qardaşı Rantik Aqarunov, yəhudi icmasının nümayəndələri, həmçinin Albertin döyüş yoldaşları çıxışlarında xatirə turnirinin əhəmiyyətini qeyd edib, turnirin təşkilinə görə minnətdarlıqlarını bildiriblər.

Həmçinin belə tədbirlərin Azərbaycan ilə İsrail arasında dostluq münasibətlərinin bariz nümunəsi olduğu xüsusi qeyd edilib.

Həmin kateqoriyadan