Albert Səlimov Rio Olimpiadasına vəsiqə qazanıb

Aprelin 11-də Dünya Boks Seriyası (WSB) liqasının 12-ci turu çərçivəsində Quba Olimpiya İdman Kompleksində “Baku Fires” və ABŞ-ın “USA Knockouts” komandaları arasındakı qarşılaşma Azərbaycan boksçularının 5:0 hesablı inamlı qələbəsi ilə başa çatıb.

Allsport.az xəbər verir ki, bu mübarizədə, həm də boksçumuz Albert Səlimovun 2016-cı ildə Braziliyada keçiriləcək Olimpiya Oyunlarına vəsiqə qazanması ilə əlamətdar olub.

60 kq-da mübarizə aparan A.Səlimovla Karlos Balderas arasında keçirilən döyüşdə ciddi zədə alan rəqib görüşü davam etdirə bilmədiyindən qələbə təmsilçimizə verilib.

Aprelin 18-də isə komandamız Puerto-Rikoya yola düşəcək. Orada “Puerto Rico Hurricanes” kollektivi ilə keçirələcək qarşılaşmada Heybətulla Hacıəliyev qələbə qazanacağı təqdirdə Rio-de-Janeyro arzusunu gerçəkləşdirə bilər.

Həmin kateqoriyadan