Aleksandr Aleksandrov – Boris Yotov cüyü finala çıxa bilməyib

Ölkəmizi Rio oyunlarında təmsil edən akademik avarçəkənlərdən ibarət Aleksandr Aleksandrov – Boris Yotov dueti yarımfinal yürüşünə çıxıb. Allsport.az saytı xəbər verir ki, 2-nəfərlik qoşa avarlı qayıqla mübarizə aparan cütlük finişə 6 dəqiqə 37,490 saniyəyə çataraq, yürüşü 6-cı sırada tamamlayıb.

Onlar ilk “3-lüy”ə düşə bilmədiklərindən, mükafatlar uğrunda mübarizəyə imkan verən əsas finaldan kənarda qalıb. Aleksandrov – Yotov dueti “B” finalında (7-12-ci yerlər) mübarizə aparacaq.

 

Həmin kateqoriyadan