Aleksandr Lukaşenko: Avropa oyunlarının təşkilində Azərbaycanın təcrübəsindən yararlanacağıq

Belarus 2019-cu ildə 2-ci Avropa Oyunlarını qəbul etməyə hazırdır. Allsport.az saytı xəbər verir ki, bunu ölkə prezidenti Aleksandr Lukaşenko Avropa Olimpiya Komitəsinin prezidenti vəzifəsini icra edən Janez Kosijancic ilə görüşdə deyib. Onun sözünə görə, tarixi qərarı verməkdə tərəddüt etməyib:

“Biz sizinlə tarixi qərar qəbul etdik və 2019-cu ildə bu Oyunlarda Avropa idmançılarını bir yerə yığacağıq. Belarusda neçə idman növü üzrə yarışların keçiriləcəyi ilə bağlı qərar qəbul etmək üçün tələsmək lazım deyil. Mən burada mümkün qədər çox idmançının iştirak etməsinin tərəfdarıyam. Bu, onların bayramıdır”.

Belarusun dövlət başçısı Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və baş katib Ağacan Abiyevlə görüşündə ölkəmizin Avropa Oyunlarının yüksək standartlarını müəyyənləşdirdiyini bildirib. Aleksandr Lukaşenko deyib: “Oyunların təşkilində Azərbaycanın təcrübəsindən istifadə etmək bizim üçün çox vacibdir. Dostum, İlham Əliyev elə bir yüksək səviyyə müəyyən edib ki, Azərbaycanı ötüb keçmək heç kəsə müyəssər olmayacaq”.

Həmin kateqoriyadan