Aleksandr Qrişuk: “Xilas olmaq çox çətin idi”

Aleksandr Qrişuk Bakıda keçirilən şahmat üzrə qran-pri turnirinin 6-cı turunda Teymur Rəcəbova məğlubiyyətə izah gəritib. Allsport.az saytı xəbər verir ki, rusiyalı qrossmetster rəqibinin tam fərqli taktika seçdiyini bildirib:

“Teymur Rəcəbov mükəmməl oynadı. Bütün partiyanı yüksək səviyyədə keçirdi. Rahat və təhlükəsiz gedişlərlə təhlükədən yayınmaq istədim. Sadəcə qara fiqurlar sona qədər ağıllı oynadı. Xilas olmaq çox çətin idi. Oyuna “qədim hind” müdafiəsiylə başladığı debüt məni təəccübləndirmədi.

Sonradan tam fərqli taktikayla aktiv gedişlər etdi. Qara fiqurlar təhlükəni artırmaqla qələbəyə doğru irəlilədi. Teymurun f5 gedişindən sonra isə mən artıq özümü itirdim. Oyunu xilas etməyə imkan olmadı.”

Həmin kateqoriyadan