Aleksandr Səmədov da Bakı finalının səfiridir

Avropa liqasının mayın 29-da Bakı olimpiya stadionunda final oyununun daha bir səfiri müəyyənləşib. 

Allsport.az saytı xəbər verir ki, Moskvanın “Dinamo”, “Lokomotiv”, “Spartak” klublarının heyətində oynamış, hazırda Samara “Krılya Sovetov”unda çıxış edən Aleksandr Səmədov aprelin 20-21-də Rusiya paytaxtında keçiriləcək KİA kubok turunda iştirak edəcək.

Həmyerlimiz yığmada 50-dən çox oyun keçirib və ötən il Rusiyada dünya çempionatından sonra ölkəsinin millisindən getdiyini bəyan edib.

Həmin kateqoriyadan