Alina Kuzneçova: “Qarabağ” qələbə üçün bütün gücünü sərf etdi

Qadınların superliqasının 13-cü turunda “Qarabağ” ölkə çempoinu “Nur”u 29:28 hesabı ilə üstələdi. Görüşdə yaxşı təsir bağışlayan həndbolçulardan biri Alina Kuzneçova idi. Dəqiq zərbələri ilə rəqibi məyus edən legoinçu uğurda böyük pay sahibi oldu. Allsport.az saytına açıqlamasında, onun qələbə təəssuratı belədir:

“Bu qələbə də, hər hansı digəri kimi, asan olmadı. Qarşılaşma çox emisional idi. Elə məqamlar var – alınırdı, eləsi var – gətirmirdi, heç bir şəkildə vəziyyətdən çıxa bilmirdik. Komandamızın oyunçuları var güclərini ortaya qoydular.

Uğur asan qazanılmır: bütün görüş boyu istəyimizin üzərində dayandıq, sonda bunu alındırdıq. Bizə dəstək verən hər kəsə minnətdaram”.

Həmin kateqoriyadan