“Qartallar”da növbəti itki

Martın 26-da Dunya Kubokunun seçmə ələməsində Bakıda qonağımız olacaq Almaniya millisi daha bir itki ilə üzləşib. Allsport.az saytı xəbər verir ki, Timo Verner yığmamıza qarşı oynaya bilməyəcək. Buna səbəb, onun ötən gün İngiltərə ilə yoxlama görüşündə zədələnməsidir.

Bu oyunda debüt edən futbolçu 77-ci dəqiqədə əvəzlənmək məcburiyyətində qalıb. Matçdan sonra baş məşqçi Yoahim Löv 21 yaşlı hücumçunun millimizə qarşı oynamayacağını deyib və futbolçunun düşərgədən ayrılmasına qərar verib.

Qeyd edək ki, İngiltərəyə qarşı oynaya bilməyən Məsud Özil və Mario Qomesin bu gündən məşqlərə başlaması nəzərdə tutulub. Sami Xedira və Yulian Drakslerin bərpa dövrü davam edir.

Həmin kateqoriyadan