Alois Viesboekdən bizimkilərə seminar

10-cu “Baku Open” karate turniri ərəfəsində AMKF-in dəvəti ilə Bakıda olan EKF-in sədri Alois Viesboekin rəhbərliyi ilə seminar keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda WKF və EKF-in hakimlər komitəsinin üzvü Uğur Kobaş da iştirak edib.

AMKF Hakimlər komitəsinin sədri Cahangir Babayev avstriyalı mütəxəssisə asistentlik edib. Milli hakimlərin, məşqçilərin və əsas komandanın üzvlərinin iştiakı ilə seminarda qonaq kumite və katanın mövcud qaydaları, dəyişikliər və yeniliklər barədə ətraflı məlumat verib. Gün ərzində keçirilən seminarda yerli mütəxəssislər karate qaydalarını daha dərindən mənimsəyərək, bilik və səviyyələrini artırıblar. Sonda seminar iştirakçılarının sualları cavablandırılıb, müəyyən yarış epizodları birlikdə araşdırılıb. 

AMKF-in prezidenti Yaşar Bəşirov, dərin təcrübəsini azərbaycanlı hakimlər, məşçqilər və idmançılarla bölüşdüyü üçün Alois Viesboekə minnətdarlığını bildirib və belə tədbirlərin mütəmadi olaraq təşkil edilməsinə çalışacaqlarını söyləyib. Seminarda iştirak edən hakim və məşqçilərə sertifikatlar təqdim olunub. 

Həmin kateqoriyadan