Altay Həsənov idman gimnastlarımızın çıxışını yüksək qiymətləndirib

Azərbaycan Gimnastika Federasiyasının 8-ci ümumi yığıncağı keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə federasiyanın Altay Həsənov 2002-ci ildən fəaliyyətə başlayan AGF-in 15 illik yubileyinə dair hesabat məruzəsi ilə çıxış edib.

Ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışan vitse-prezident, 15 il ərzində gimnastlarımızın beynəlxalq arenada qazandıqları nailiyyətləri və Azərbaycanda gimnastika növləri üzrə irimiqyaslı yarışların yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb.

O, bu ilin mayında Bakıda keçirilən 4-cü İslam Həmrəyliyi Oyunlarında milli komandanın çıxışını yüksək qiymətləndirib, gimnastikanın 6 növünün ölkəmizdə inkişaf etdiyini vurğulayıb.

Həmin kateqoriyadan