Alvaro Servera yenə Elxan Məmmədovun futbolçusuna şans verməyib

İspaniya Sequndasında 10-cu turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun komandası səfərdə “Tenerife” ilə qarşılaşıb. “Kadis” bu görüşdə heç-heçə edib (1:1).

Yarımmüdafiəçimiz matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib. “Sarı dəniz mənzərəçiləri” 10 turdan sonra 10 xalla 22 klub arasında 19-cu sırada qərarlaşıb.

Həmin kateqoriyadan