AMADA-dan basketbolçular üçün maarifləndirici məşğələ

Milli olimpiya komitəsində basketbolçular üçün məşğələ keçirilib. Allsport.az saytı xəbər verir ki, maarifləndirici seminarı milli antidopinq agentliyinin mütəxəssisləri Lalə Hacıyeva və Leyla Qabulova aparıblar. 

Bu, AMADA-nın basketbolçular üçün keçirilən 2-ci seminarı idi. Agentliyin təhsil üzrə meneceri Lalə Hacıyeva idmançıların nəzərinə çatdırıb ki, ötən seminardan bu yana ümumdünya antidopinq agentliyi qadağan edilmiş preparatların siyahısına əlavələr edib.

Bundan başqa, toplantıda bu təşkilatın antidopinq fəaliyyəti ilə bağlı basketbolçuları maraqlandıran bir çox suala aydınlıq gətirilərək idmançılarla AMADAN-nın mütəxəssisləri arasında geniş fikir mübadiləsi aparılıb.

Həmin kateqoriyadan