AMADA-dan stolüstü tennisçilərə və gimnastlara seminar

AMADA dopinqlə mübarizə sahəsində maariflərindirici seminarlar keçirməyə davam edir. Allsport.az saytı xəbər verir ki, bu dəfə seminarlarda gimnastika və stolüstü tennis ilə məşğul olan idmançılar iştirak edib.

Tədbirlər hər 2 federasiya ilə əməkdaşlıq çərçivəsində baş tutub. İdmançılara dopinq nəzarəti prosesi, məkan məlumatlarının təqdim edilməsi, qadağan edilmiş maddələr və digər mövzularla bağlı ətraflı məlumat verilib.

Həmin kateqoriyadan