AMADA dopinqin geniş yayıldığı güləş yığmasına məşğələ keçib

Bu gün milli antidopinq agentliyinin təşəbbüsü ilə gənc bahadırlar üçün seminar keçirilib.

Allsport.az saytı xəbər verir ki, Olimpiya Güləş Mərkəzində təşkil olunan tədbirdə AMADA-nın təhsil və təlim üzrə meneceri Lalə Hacıyeva və terapevtik istifadə üçün istisna komitəsinin sədr müavini Fərid Əliyev dopinqlə bağlı qayda pozuntuları, qadağan olunmuş maddələr, üsullar və preparatların siyahısı və başqa bu kimi məsələlər haqqında ətraflı məlumat veriblər.

Mütəxəssislər dopinq əleyhinə qaydalardakı dəyişiklik və yeniliklərlə də idmançıları tanış ediblər. Qeyd edək ki, son dövrdə xeyli sayda güləşçinin qanında qadağan olunmuş maddələr aşkarlandığından, milli üzvləri komandadan uzaqlaşdırılıblar.

Həmin kateqoriyadan