AMADA-nın direktoru Avropa şurasının gender bərabərliyi üzrə məruzəçisi seçilib

Milli antidopinq agentliyinin direktoru Şəfəq Hüseynli Avropa şurasının gender bərabərliyi üzrə məruzəçisi seçilib. Allsport.az saytı xəbər verir ki, bu qərar çərşənbə günü Strasburq şəhərində keçirilən Avropa şurasının ümumdünya antidopinq agentliyi ilə iş üzrə xüsusi komitəsinin 48-ci iclasında qəbul edilib.

Avropa şurasının hökumətlərarası orqanları və digər strukturları çərçivəsində təyin edilən gender bərabərliyi üzrə məruzəçilər tərkibində olduqları müvafiq orqan və ya strukturun işinə, siyasətinə, proqram və fəaliyyətlərinə gender bərabərliyi konsepsiyasının daxil edilməsi yollarının müəyyənləşdirilməsi istiqamətində fəaliyyət göstərirlər. O, CAHAMA-nın işində gender bərabərliyi prinsiplərinin tədbiq edilməsi üzərində işləyəcək.

2019-cu ilin mayında həmyerlimiz Avropa çurasının “idmançıların ədalət mühakiməsinə maneəsiz çıxışının təmin edilməsi” üzrə xüsusi işçi qrupunun sədr müavini seçilib. Qrupun əsas məqsədi antidopinq qaydalarının tətbiqi zamanı idmançıların hüquqlarının səmərəli müdafiəsi və onların ədalət mühakiməsinə maneəsiz çıxışının təmin edilməsidir.

Bu müddət ərzində Azərbaycan tərəfi dopinqə qarşı mübarizə zamanı insan hüquqlarının qorunması sahəsində bir sıra tədbir həyata keçirib və bir sıra təklif irəli sürüb. Avropa şurasının antidopinq konvensiyası 1989-cu ildə qəbul edilib. Azərbaycan bu sənədi 2002-ci ildə imzalayıb.

Həmin kateqoriyadan