AMADA-nın direktoru kanadalı həmkarı ilə fikir mübadiləsi aparıb

Ümumdünya antidopinq agentliyi və Kanadanın Şerbruk universiteti beynəlxalq səviyyədə tanınacaq proqram üzərində işləyirlər. Allsport.az saytı xəbər verir ki, iş 2 əsas istiqaməti əhatə edəcək:

1) Antidopinq və idman sahəsində ingilis və fransız dillərində yüksək səviyyəli tədqiqat
2) Antidopinq və idman sahəsində magistr dərəcəsinin yaradılması

Bu mövzuya həsr olunmuş görüş Monreal şəhərində keçirilib. Toplantıda AMADA-nın direktoru Şəfəq Hüseynli və WADA-nın sosial elmlər üzrə tədqiqat kafedrasının müdiri David Pavo iştirak ediblər.

Həmin kateqoriyadan