Amit Quluzadə Kosovoda debüt edib, “Drita” qalib gəlib

Kosovo superliqasında 19-cu turun oyunları keçirilir. Allsport.az saytı xəbər verir ki, millimizin futbolçusu Amit Quluzadənin yer aldığı “Drita” meydanında “Feronikeli” klubu ilə üz-üzə gəlib.

Ev sahibləri görüşdə 1:0 qalib gəliblər. Həmyerlimiz matçın 65-ci dəqiqəsində meydana çıxaraq debüt edib. Hesabında 33 xal olan “Drita” 12 komanda arasında 3-cü pillədə qərarlaşıb.

Həmin kateqoriyadan