Amit Quluzadə Yunanıstan superliqasında debüt edib

Yunanıstan superliqasında 19-cu tura start verilib. Allsport.az saytı xəbər verir ki, həmyerlimiz Amit Quluzadənin şərəfini qoruduğu “Larisa” öz meydanında “Kerkira” klubu ilə qarşılaşıb.

Qış fasiləsində Fesaliya təmsilçisinə keçən futbolçumuz yeni komandasında debüt edib. O, fasilədən dərhal sonra, qarşılaşmanın 46-cı dəqiqəsində meydana çıxıb. Görüş 1:1 hesab ilə bitib.

19 oyundan sonra hesabında 17 xal olan “Larisa” 16 komanda arasında 13-cü pillədədir.

Həmin kateqoriyadan