Amit Quluzadəli “intellektuallar” səfərdən xalla dönüb

Kosovo superliqasında 22-ci turun oyunları keçirilir. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçu Amit Quluzadənin çıxış etdiyi “Drita” səfərdə “Trepça 89” klubu ilə qarşılaşıb.

Tərəflər bu görüşdə 1:1 heç-heçə ediblər. Futbolçumuz start heyətdə meydana çıxıb və 80-ci dəqiqədə əvəzlənib.

“İntellektuallar” 38 xalla  12 komanda arasında 2-ci yerdədir.

Həmin kateqoriyadan