AMKF-də ağır maliyyə durumu millinin öncüllərinin karate1 “A seriya”da çıxışına mənfi təsir göstərib

Azərbaycan Milli Karate Federasiyasının getdikcə ağırlaşan maliyyə vəziyyəti artıq əsas komanda üzvlərinin məsul beynəlxalq yarışlarda nəticələrinə də təsir göstərməkdədir.

Allsport.az saytı az.karate.az-a istinadən xəbər verir ki, İstanbulda Dünya Karate Federasiyasının nüfuzlu yarışlarından olan karate1 liqasının “A seriyası”nda böyük heyətlə iştirak edən yığmamız 2 bürünc medalla kifayətlənib. Gənclər və ustalardan ibarət seçmədən yalnız Rafael Ağayevlə (75 kq) və İrina Zaretska (68 kq) 3-cü pilləni tutublar.

Qarşıda yeniyetmə və gəncləri oktyabrın son günləri İspaniyada dünya çempionatı gözləyir. Bu sınaq 2018-ci ilin yayında Argentinada Yeniyetmələrin olimpiadasına lisenziya xalları qazandıran 3 rəsmi yarışdan 2-cisidir. Hazırlıqlar üçün ciddi çətinliklər olsa da, təlim-məşq toplanışı davam edir.

Həmin kateqoriyadan