AMKF rəhbərliyi Quba-Xaçmaz zonasının məşqçiləri ilə görüşüb

Azərbaycan Milli Karate Federasiyası “Regionlarda karatenin inkişafı” iş planı çərçivəsində fəaliyyətini gücləndirib. Allsport.az saytı xəbər verir ki, AMKF rəhbərliyi şimal zonası nümayəndəliyinə daxil olan rayonların məşqçi-mütəxəssiləri ilə görüşüb. Xaçmazda keçirilən görüşdə federasiyanın prezidenti Yaşar Bəşirov, baş katib Mir-Cabbar Seyidov və Media və İctimaiyyətlə işlər katibi Sənan Məhərrəmov iştirak ediblər.

Federasiya rəhbəri və Dünya Karate Federasiyası (WKF) Texniki komitəsinin üzvü Y.Bəşirov son zamanlar baş verən yeniliklər barədə region nümayəndələrinə ətraflı məlumat verib. O bildirib ki, artıq olimpiya idman növü olan karatenin ölkədə daha da inkişafı naminə işlər sürətləndirlməli və fəaliyyət genişləndirilməlidir.

Azərbaycan prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri cənab İlham Əliyevin digər idamn növləri ilə yanaşı, karateni də diqqətində saxlaması nəticəsində ümumi məsulliyyətin daha çox artırmasını söyləyən Yaşar Bəşirov, bu etimadı hər zaman doğrultmağa hazır olmağın vacibliyini nəzərə çatdırıb. O, Gənclər və İdman naziri Azad Rəhimovun, eləcə də federasiyanın baş sponsoru Azərbaycan Beynəxalq Bankının dəstəyilə çətinliklərin vaxtıında aradan qaldırılması sayəsində irəliləyişlərə nail olunduğunu bildirib.

Görüşdə həmçinin Quba-Xaçmaz zonasında karatenin inkişafına mənfi təsir göstərən problemlər və onların həlli yolları araşdırılıb, təkliflrə müzakirə olunub. Qarşıdakı işlərlə bağlı tövsiyələrini verən federasiya rəsmiləri, bundan sonra da zonalarda işlərin effektli aparılmasını diqqətdə saxlanacağını bildirib. Yaşar Bəşirov regionlarla işlərin genişləndirilməsi planına əsasən hakimlik və məşqçilik seminarlarının təşkilini, zonalarda yarışların keçirilməsini və multimediya vasitələrindən istifadə edərək yarış qaydaları, hakimlik və məşqçilik videodərslərinin hazırlanaraq göndəriləcəyini deyib.

Görüşün sonunda AMKF rəhbərliyi Xaçmaz Olimpiya İdman Kompleksində karate zalında yaradılan yüksək şəraitlə tanış olub, idmançıların məşqlərini izləyiblər. Regionlarla işlərin daha məhsuldar aparılması üçün iş planına əsasən qarşıda digər zonalara səfərlər nəzərdə tutulub.

Həmin kateqoriyadan