Anar Nəzirov: Hər matç final xarakteri daşıyır

Sentyabrın 21-də premyer liqasının 5-ci turunda “Səbail”lə görüşəcək “Qəbələ” səfər matçının hazırlığını davam etdirir. Allsport.az saytı xəbər verir ki, “qırmızı-qaralar”ın kapitanı Anar Nəzirov görüş barədə fikirini açıqlayıb:

“Səbail”lə qarşılaşmaya yaxşı hazırlaşmağa çalışırıq. Bizim üçün hər oyun çox vacibdir. Səfərdə oynayacağımız bu matçdan yaxşı nəticə ilə ayrılmaq istəyirik. Arxada qalan dörd turda yalnız bir qələbə qazanmışıq.

Bu da demək olar ki, çox azdır. Hər matç final xarakteri daşıyır. Əlimizdən gələni edib, ən yaxşı oyunumuzu nümayiş etdirib, səfərdən lazım olan xal, qələbə ilə dönmək niyyətindəyik”.

Həmin kateqoriyadan