- Baxış sayı: 39
- 17 Aprel 2024 22:43
- Baxış sayı: 54
- Aprel 17, 2024
- 0
Qadın həndbolçulardan ibarət millimiz tarixində ilk dəfə qatıldığı İslam oyunlarında qalib olub. «Sərhədçi» Olimpiya İdman Kompleksində keçirilən görüşlərdə yığmamız bütün rəqiblərinə qalib gəlib. Komandanın əsas heyət üzvü Anastasiya Metelskaya allsport.az saytına açıqlamasında çempionluqla bağlı bunu deyib:
«Bakı-2017-də əsas rəqib Türkiyə millisi sayılırdı. Amma Kamerunla da oyunumuz gərgin keçdi. Üzərimizdə böyük məsuliyyət vardı. Ona görə bütün diqqətimizi bir yerə təmərküzləşdirib yekunda qalib olmağı bacardıq. Bu şərəfli yolda komandanın heyətinə dəvət aldığım üçün çox sevincliyəm».