Anatoli Banişevskinin xatirəsinə turnir

“Neftçi”nin əfsanəvi futbolçusu Anatoli Banişevskinin xatirəsinə yarış keçiriləcək. Allsport.az saytı xəbər verir ki, 2005/06-cı il təvəllüdlülər arasında təşkil olunacaq turnirdə bayraqdar “Keşlə” və “Rəvan” ilə eyni qrupda mübarizə aparacaq.

6 komandadan ibarət rəqabətin digər qrupunda “Qarabağ”, “Vətən RİOEUGFM” və BİFM klubları yer alacaqlar. Fevralın 18-də keçiriləcək oyunlardan sonra qrupda 1-ci yeri tutanlar çempionluq uğrunda final matçında qarşılaşacaqlar.

Qrupda 2-ci olanlar 3-cü, sonuncu yeri tutanlar isə 5-ci yer uğrunda oyuna çıxacaqlar.

Həmin kateqoriyadan