Anjelo Alessio: Azərbaycan millisi mənim üçün əla variantdır

Qurban Qurbanovun istefasından sonra, millidə boş qalan baş məşqçi vəzifəsinə böyük ehtimalla, italiyalı Anjelo Alessio gətiriləcək. Allsport.az saytı xəbər verir ki, 54 yaşlı mütəxəssis ötən həftə Bakıya gəlib və AFFA-nın inzibati binasında rəhbərlə görüşüb. Tərəflər arasında danışıqların ilkin mərhələsi onun Azərbaycanda işləmək variantını artırıb. Görüş paytaxt restoranlarının birində şam yeməyi ilə yekunlaşıb. O, duruma belə münasibət bildirib:

“Hələlik, heç nə dəqiqləşməyib. Amma mən ötən həftə Azərbaycana gəlmişdim. Antonio Kontedən ayrıldıqdan sonra özüm baş məşqçi kimi işləmək istəyirəm. Bu baxımdan, Azərbaycan millisi mənim üçün əla variantdır. Əlbəttə, futbolunuz haqqında bilirəm. Hətta milli komandanın bütün üzvlərini də tanıyıram. Mənim üçün Azərbaycan yığmasında işləmək şərəf olar. Amma bu barədə son qərarı federasiya verəcək. Hazırda onların son sözünü gözləyirəm”.

Həmin kateqoriyadan