«Ankara Yeniməhəllə» pley-ofun finalında qalib gəldi, həndbolçusumuz 7 dəfə fərqləndi

Qadınlardan ibarət milli komandamızın mərkəz həndbolçusu Marina Tankatskayanın Türkiyə Superliqasında forma geyindiyi «Ankara Yeniməhəllə Bələdiyyəsi» pley-off mərhələsinin finalının 2-ci görüşündə də sevinib.

Allsport.az saytı xəbər verir ki, ilk matçda evdə 10 top fərqi ilə qalib gələn paytaxtlılar (38:28), növbəti oyunda səfərdə də “Muradpaşa”nı üstələyib – 31:21. Bu qarşılaşmada əl topu ustamız 7 dəfə fərqlənib. Adı çəkilən komandalar arasında 3-cü görüş sabah keçiriləcək.

Həmin kateqoriyadan