Anna Əlimərdanova finala yüksəldi

Qazaxıstanın Atırau şəhərində keçirilən boks üzrə qadınlar arasında beynəlxalq turnirdə finalçılar məlum olub. Allsport.az xəbər verir ki, milli komandamızın üzvü Anna Əlimərdanova (54 kq) yarımfinalda rusiyalı Kuleşova üzərində qələbə qazanıb – 2:1. Boksçumuz həlledici görüşdə qazaxıstanlı Jolamanla üz-üzə gələcək.

Milli komandamızın 3 üzvü isə bürünc medalla kifayətləniblər. Yana Alekseyevna (60 kq), Məryəm Cəbrayılova (64 kq) və Aynur Rzayeva (+81 kq) yarımfinalda uduzaraq, 3-cü olublar.

Qeyd edək ki, turnirə bu gün yekun vurulacaq.

Həmin kateqoriyadan