Anna Başta: “Bu, mənim ilk böyük uğurumdur”

Bolqarıstanın Plovdiv şəhərində 23 yaşadək qılıncoynadanların Avropa çempionatında iştirak edən millimiz Vətənə qayıdıb. Allsport.az saytı xəbər verir ki, bu yaş qrupunda qızıl medal qazanan Anna Başta, müstəqillik tariximizdə ilk edib. Sablyaçımız Heydər Əliyev beynəlxalq hava limanında KİV-ə açıqlamasında bunu deyib:

“Təbii ki, çox şadam. Bu, mənim ilk böyük uğurumdur. Bu cür qarşılanma mərasimi də çox xoşdur. Final döyüşüm çətin alındı. Döyüşün gedişində qələbəyə daha yaxın olduğumu hiss edirdim. Görüşün sonlarında bir qədər üstünlüyü əldən verdim. Hətta italiyalı rəqibimin hesabı bərabərləşdirmək fürsəti də vardı. Lakin sonda hər şey mənim üçün yaxşı qurtardı”.

Həmin kateqoriyadan