Anna Skidan çəkicatmada Avropa çempionatının bürünc medalını qazanıb

Niderland paytaxtı Amsterdamda atletika üzrə Avropa çempionatı start götürüb. Allsport.az saytı xəbər verir ki, çəkicatmada çıxış edən Anna Skidan təsnifat mərhələsində 70,41 metrlik nəticəylə 3-cü yeri tutub və finala yüksəlib. Həlledici yarışda çəkici 73,83 metr məsafəyə atan 24 yaşlı olimpiyaçımız bürünc medal qazanıb.

Anastasiya Komarova təsnifat mərhələsində 800 metr məsafəni 2 dəqiqə 4,60 saniyəyə qət edib. Bu, onun il ərzində ən yüksək göstəricisi olub. 36 iştirakçı arasında 19-cu yeri tutan 23 yaşlı idmançı yarımfinala yüksəlib. Növbəti mərhələdə Komarova nəticəsini yaxşılaşdırıb – 2:03.32. Ancaq rəqibləri də yüksək nəticə göstərdiyindən finişə 20-ci çatıb. Bu səbəbdən finala çıxa bilməyib.

Nazim Babayev 3 təkanla tullanmada zəif çıxış edib. 18 yaşlı olimpiyaçımız 16,06 metr məsafəyə tullanaraq 27 iştirakçı arasında 23-cü olub. Bu nəticə ona finala yüksəlməyə imkan verməyib.

 

Həmin kateqoriyadan