“Anortosis” qələbəni Araz Abdullayevsiz qazanıb

Kipr 1-ci divizionunda 22-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevin yer aldığı “Anortosis” səfərdə “Pafos”la qarşılaşıb.

Həmyerlimizin komandası bu oyundan qələbə ilə ayrılıb (1:0). Millinin yarımmüdafiəçisi görüşdə çıxış etməyib. Onun adı ümumən matçın iştirak ərizəsinə salınmayıb.

Famaqusta təmsilçisi 47 xalla 14 iştirakçı arasında 3-cüdür.

Həmin kateqoriyadan