Ansi Aqolli: “Olimpiya” 1-ci təsnifat mərhələsi üçün çətin komandadır

“Qarabağ” çempionlar liqasının ilk ələməsində “Olimpiya” görüşəcək. Allsport.az saytı xəbər verir ki, komandamızın albaniyalı müdafiəçisi Ansi Aqolli Sloveniya klubu barədə bunu deyib:

“Rəqibimiz güclüdür. 1-ci təsnifat mərhələsi üçün çətin komandadır. Biz bilirik ki, Sloveniyada futbol necə inkişaf edir. Ötən il “Maribor” çempionlar liqasının qrup mərhələsində çıxış etdi və layiqli oyun göstərdilər. Rəqibə hörmətlə yanaşırıq, heç bir zəif komanda öz ölkəsində çempion ola bilməz.

Biz artıq hazırlıqlara başlamışıq, Avstriyaya yollanacağıq. Bu matçlara yaxşı hazırlaşacağıq. Biz də ən yaxşısını etməyə çalışacağıq, çünki avrokubokların bizim üçün nə qədər vacib olduğunu yaxşı anlayırıq”.

Həmin kateqoriyadan