Ansi Aqollinin “Qarabağ”da son oyunu

9 il “Qarabağ”da çıxış edən Ansi Aqolli komandasından ayrılır. Allsport.az saytı xəbər verir ki, albaniyalı müdafiəçi martın 15-də premyer liqanın 21-ci turunda “Səbail”ə qarşı son oyununu keçirəcək. 

Bundan sonra, gözlənildiyi kimi, 36 yaşlı futbolçu ABŞ-a, ailəsinin yanına yollanacaq. Bu ölkədə “Kosmos”la anlaşan Ansi karyerasını bitirdikdən sonra orada qalıb akademiyada işləyəcək.

Həmin kateqoriyadan