Antonio Espinos karateçilərin konqresində Azərbaycanı tərifləyib

“Azərbaycan 1-ci Avropa Oyunlarını çox yüksək səviyyədə təşkil etdi. Bu uğurun ölkə rəhbərliyinin Avropa Oyunlarına xüsusi diqqət ayırması sayəsində əldə edildiyinin şahidi olduq. Avropa oyunlarında təmsil olunması, karatenin Olimpiya yarışlarının proqramına daxil edlməsi istiqamətində aparılan işlərə böyük təkan verdi. Bütün bunlar üçün Azərbaycan prezidenti cənab İlham Əliyevə bir daha dərin minnətdarlığımızı çatdırırq”.

Allsport.az saytı xəbər verir ki, bu sözü Fransanın Monpelye şəhərində 51-ci Avropa çempionatı ərəfəsində konqresin açılış nitqində Avropa Karate Federasiyasının (EKF) və Dünya Karate Federasiyasının (WKF) prezidenti Antonio Espinos söyləyib. O, çıxışında karatenin Yay Olimpiya Oyunlarının proqramına daxil edilməsində gücləndirilimiş işlər aparılır və böyük ümidlə yaxın gələcəkdə bunun baş tutaçağını deyib.

Konqresin gündəliyində olan məsələlərdən biri kimi 2015-ci ildə görülən işlərin hesabatı aparılarkən Bakı 2015 1-ci Avropa oyunlarına xüsusi yer ayrılıb. Bütün detalları ilə birlikdə oyunların yüksək səviyyədə təşkilindən danışan AKF-in rəsmiləri oyunların təşkilat komitəsinin rəhbəri Mehriban xanım Əliyevaya başda olmaqla Gənclər və İdman naziri Azad Rəhimova və işçi qurupuna, eləcə də ölkədə karatenin inkişafında aparılan işlərə görə Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirova minnətdarlıqlarını bildiriblər.

Konqresdə AKF-in ötən ilki fəaliyyət sahələri üzrə bir sıra hesabatlar dinlənlib. Eləcə də EKF-in statusunda müəyyən dəyişikliklərə baxılıb, 52 üzvü olan EKF ailəsinə daha bir ölkənin, Lixtenşteynin qatılması açıxlanıb. Rəsmi yığıncaqda həmçinin qarşıdakı yarışların video təqdimatları olub. 2020-ci ildə Bakıda böyüklərin Avropa çempionatının ardndan, növbəti il Hollandiya bu mötəbər yarışı təşkil etmək üçün namizədliyini verib.

EKF-in 47 üzvünün iştirakı ilə konqresdə Azərbaycanın ünvanına ağızdolusu söylənən tərfilər arasında həmçinin dünyanın ən tanınmış karteçilərindən biri Raafel Ağayevin beynəlxalq seminarlarda iştirakının da bu idman növnün populyarlığında rol oynaması kimi qiymətləndirilib.

Həmin kateqoriyadan