AQF-in 3 vitse-prezidenti və baş katibi bilindi, kinomuzun Əbu İmranı bu dəfə məsləhətçi oldu

Təhsil Nazirliyində Qılıncoynatma federasiyasının ilk geniş tərkibli iclası olub. Allsport.az saytı xəbər verir ki, qurumun yeni prezidenti Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən toplantıda Yaşar Məmmədov rəsmən məsləhətçi təyin olunub. O, “Babək”filmində Əbu İmran rolu ilə də tanınıb.

Bu arada, 3 vitse-prezidentlərin təyinatı da rəsmiləşdirilib. Bunlardan biri Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti Əlişir Osmanovun müavini olan Fərhad Qasımovdur. Digərləri oktyabrda Badminton federasiyasına vitse-prezidentləri Balakişi Qasımov və Mirzə Orucovdur.

Prosport.az-ın xəbərinə görə, baş katib isə Təhsil Nazirliyinin məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdiri Vasif Məmmədov olub. Yalnız əvvəl qeyd etdiyimiz yığmanın baş məşqçisi Çingiz Mustafayevin təyinatı hələ rəsmiləşməyib. Yaxın günlərdə bu məsələyə də aydınlıq gətiriləcək.

Qeyd edək ki, bunlardan daha çox Balaş adı ilə tanınan Balakişi Qasımovun təyinatı diqqəti çəkir. 39 yaşlı Qasımov “Kim? Harda? Nə vaxt?” elitar klubunun oyunçusu, Azərbaycanda “Kim? Harda? Nə vaxt?” oyununun aparıcısı və baş prodüsseri, Gametv.az prodüser mərkəzinin rəhbəridir.

O, 2004-cü ildən klub oyunlarının iştirakçısıdır. 2004-cü ildə “Kim? Harda? Nə vaxt?” oyununun idman variantı üzrə dünya çempionu olmuşdur. Tezliklə onun komandası bu növdə mütləq dünya çempionu da olub. “Kim? Harda? Nə vaxt?” üzrə 2002, 2004, 2008, 2012 və 2013-cü illərdə Azərbaycan çempionu, 2002-ci ildə Breyn rinq üzrə ölkə çempionu adına sahib çıxıb. Anar Əzimovun komandasında 1998, 2003 və 2010-cu illərdə Cənubi Qafqaz çempionu olub.

Balakişi Qasımov Beynəlxalq “Kim? Harda? Nə vaxt?” Klubları Assosasiyası tərəfindən 2010-cu ildə ilin adamı seçilib. 2010-cu ilin yekunlarına əsasən “Büllur bayquş”, “Brilyant bayquş”, “Klubun ən yaxşı kapitanı” poqonu mükafatlarına layiq görülüb. O, 2015-ci ildə “Neftçi”nin abunə kardlarından birinə sahib çıxmaqla futbol azarkeşi olduğunu da göstərib.

Həmin kateqoriyadan