ARAF-da mövsümün yekunu

Binə Atçılıq mərkəzində ARAF-ın mövsümün yekunları ilə bağlı tədbir keçirilib müzakirə olunub. Allsport.az saytı xəbər verir ki, öncə qonaqlara 2017-ci ilin yarışlarını əks etdirən video çarx göstərilib. Sonra Atçılıq federasiyasının prezidenti Elçin Quliyev ili yüksək nailiyyətlərlə başa vuran idmançılara, məşqçilərə, hakimlərə və digər mütəxəssislərə fəxri diplomlar habelə mukafatlar təqdim edib.

Mükafatlandərma mərasimində çıxış edən Federasiya prezidenti Azərbaycan atçılığının intibah dövrü yaşadığını, Respublikada yeni idman qurğularının tikildiyini və bu idman növünün inkişaf etdiyini xüsusi vurğulayıb. Elçin Quliyev bütün nailiyyətləri Azərbaycan prezidenti İlham Əliyevin bu idman növünə göstərdiyi diqqət və qayğının nəticəsi kimi dəyərləndirib.

Ardınca tədbirdə atçılığın cıdır və konkur növləri üzrə müxtəlif turnirlərin, xüsusən də Beynəlxalq yarışların müvəfəqiyyətlə təşkil olunduğu xatırlanıb. Çövkən oyunu üzrə Prezident kuboku turnirinin uğurla keçirildiyi və bu idman növünün kütləvi xarakter aldığı bildirilib. Polo üzrə Azərbaycanda keçirilən beynəlxalq turnirin də əhəmiyyəti qeyd olunub. İlin yekunlarına həsr olunan tədbir bədii proqramla başa çatıb.

Həmin kateqoriyadan