Araz Abdullayev “Qarabağ”da

“Qarabağ” transfer pəncərəsinin son günündə növbəti transferini edib. Allsport.az saytı xəbər verir ki, “köhlən atlılar” millinin üzvü Araz Abdullayevi heyətinə qatıb.

Müqavilə ilə Yunanıstanın “Panionios” klubuna məxsus olan yarımmüdafiəçi növbəti 2 mövsümü icarə əsasında Ağdan klubunda keçirəcək.

26 yaşlı futbolçu son mövsümü Kiprin “Anortosis” klubunda keçirib və meydana çıxdığı 30 oyunda 3 qolla yadda qalıb.

Həmin kateqoriyadan