Araz Abdullayevin komandası ölkə kubokunda mübarizəni dayandırıb

Kipr kubokunda 1/2 finalın cavab görüşləri keçirilib. Allsport.az saytı xəbər verir ki, millimizin futbolçusu Araz Abdullayevin yer aldığı “Anortosis” səfərdə “Apollon”la qarşılaşıb.

Qonaqlar bu oyundan 1:2 məğlub ayrılıblar. Doğma meydanda 1:1 hesablı heç-heçə edən “Böyük ledi” mübarizəni dayandırıb.

Futbolçumuz start heyətində çıxıb və 84-cü dəqiqədə əvəzlənib.

Həmin kateqoriyadan