Araz Abdullayevli “Anortosis” şərikli liderdir

Kipr 1-ci divizionunda 12-ci turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, azərbaycanlı futbolçu Araz Abdullayevin çızış etdiyi “Anortosis” səfərdə “Ermis”lə qarşılaşıb.

Futbolçumuzun komandası bu matçdan qələbə ilə ayrılıb – 2:1. Millinin üzvü start heyətdə meydana çıxıb və 63-cü dəqiqədə əvəzlənib.

“Böyük ledi” 26 xalla 14 iştirakçı arasında 1-2 yerləri bölüşdürür.

Həmin kateqoriyadan