Araz Abdullayevli “Anortosis”dən böyük hesablı qələbə

Kipr 1-ci divizionunun 11-ci turunda azərbaycanlı futbolçu Araz Abdullayevin çıxış etdiyi “Anortosis” evdə Nikosiya “Olimpiakos”u ilə üz-üzə gəlib.

Allsport.az saytı xəbər verir ki, meydan sahibləri bu görüşdə qalib gəliblər (5:1). Millimizin futbolçusu 63-cü dəqiqədə oyuna girib.

Famaqusta təmsilçisi 22 xalla 14 iştirakçı arasında öncüllüyünü qoruyur.

Həmin kateqoriyadan