Araz Abdullayevli “Böyük ledi” Kipr çempionatında öncüllüyünü davam etdirir

Kipr 1-ci divizionunda 4-cü turun oyunları keçirilib. Allsport.az saytı xəbər verir ki, millimizin futbolçusu Araz Abdullayevin formasını geyindiyi “Anortosis” səfərdə APOEL ilə qarşılaşıb.

Qonaqlar bu matçdan qələbə ilə ayrılıblar – 1:0. Həmyerlimiz start heyətdə meydana çıxıb və 78-ci dəqiqədə əvəzlənib. “Böyük ledi” 10 xalla 14 komanda arasında öndədir.

Həmin kateqoriyadan