Bu gün Naxçıvan klubu 2-ci oyuna çıxacaq

“Araz” futzal komandası bu gün çempionlar liqasının əsas mərhələsində ikinci oyununa çıxacaq. 

Allsport.az xəbər verir ki, rəqib Portuqaliyanın “Benfika” komandasıdır.

İlk turda “Araz” Belçikanın “Halle Qooik” komandasına 1:5 hesabı ilə uduzub. “Benfika” isə Ukrayna “Xerson”u ilə heç-heçə edib – 1:1. 

Qarşılaşma “De Bres Arena”da saat 19:30-da start götürəcək.. 

Həmin kateqoriyadan