“Araz” elit-raunda adlaya bilməyib

UEFA kubokunun əsas mərhələsində mübarizə aparan “Araz” qrupda son oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, təmsilçimiz Rumıniya çempionu “Deva” ilə qarşılaşıb.

Bu oyunda rəqib 6:3 hesabı ilə qalib gəlib. Hərcənd “Araz”ı  heç-heçə də qane edirdi. Futzalçılarımız ilk 2 matçda “Mostar”a (Bosniya və Herseqovina) 5:2 və “St Andreus”a (Malta) 6:4 hesabları ilə qalib gəlmişdi.

Bizim qrupda “Deva” mübarizəni elit-raundda davam etdirəcək.

Həmin kateqoriyadan