“Araz” ölkə çempionudur

Bu gün Bakı idman sarayında futzal üzrə yüksək liqada final oyunu keçirilib. Allsport.az saytı xəbər verir ki, həlledici görüşdə “Araz” və “Xəzər Cənub” komandaları qarşılaşıb. 4:1 hesabı ilə qələbə qazanan “Araz” çempionu olub.

3-cü yer uğrunda görüşdə EKOL “Neftçi”ni 4:2 məğlub edib. Çempionatın ən yaxşı baş məşqçisi Joze Alesio Da Silva (“Araz”), ən yaxşı oyunçusu Vitali Borisov (“Neftçi”), ən yaxşı qapıçısı isə Rövşən Hüseynli (“Araz”) seçiliblər.

Mövsüm ərzində 85 qol vuran “Xəzər Cənub”un hücumçusu Hadi Rezvan ölkə çempionatının bombardiri olub. Komandalara diplomları, medalları, çempiona kuboku AFFA-nın birinci vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev təqdim ediblər.

Həmin kateqoriyadan