Arazın o tayından müjdə: Hər 3 Təbriz klubu İran pro liqasında qalib gəlib

İran pro liqasında 21-ci turun oyunları keçirilir. Allsport.az saytı xəbər verir ki, bu gün dünya Azərbaycanlılarının sevimlisi “Traktor-Sazi” evdə “Zob Axan”la qarşılaşıb. Görüş “qırmızılar”ın böyük üstünlüyü ilə bitib – 4:1.

Digər Təbriz təmsilçiləri də turu qələbə ilə başa vurublar. “Göstəriş” doğma meydanda “Saypa”nı 2:1 hesabı ilə yenib. Ölkə çempionatının autsayderi “Maşınsazi” gözlənilmədən səfərdə “Sepaxan”ı məyus edib – 3:0.

16 komandanın yer aldığı çempionatda “Traktorsazi” 41 xalla 2-cidir. “Göstəriş” 5-ci (29), “Maşınsazi” 16-cıdır (13).

Həmin kateqoriyadan